Azerbaijan Design

Summit 2024

"Dizayn sahəsində sözünü demiş ustaların və yeni başlayanların görüş yeridir."

2019 ildə həyata keçirilmiş tədbir

İlk tədbirimiz 2019-cu ilin 16 iyun tarixində Bakı Gənclər Mərkəzində baş tutumuşdur. Tədbirdə 350 nəfərdən çox insan iştirak edib. “Emosiyalarını şriftlə ifadə et” poster dizaynı yarışmasına 100-dən çox insan qoşulub. Yarışmada 3 qalibseçilib, qaliblər hədiyyələr və sertifikarlarla təltif olunub

2022 ildə həyata keçirilmiş tədbir

Ölkənin ən möhtəşəm dizayn yarışlarından olan "Azerbaijan Design Summit" 17 İyul 2022 tarixində baş tutub. Tədbir günü öklə adaxili və ölkə xaricindən ümumilikdə 500 nəfər insan iştirak edib. “Tipoqrafika və Sülh” adlı poster dizayn yarışmasına 600-dən çox insan qoşulub. Yarışmada 50 nəfər finala çıxıb və 3 qalib təyin edilib. Qaliblər hədiyyələr və sertifikarlarla təltif olunub.

Müsabiqədə iştirak şərtləri

- Hər iştirakçı istənilən kateqoriyaya istənilən sayda layihə təqdim edə bilər.
- Kateqoriya düzgün seçilməlidir. Əks halda kateqoriyanın dəyişdirilməsi ilə bağlı müraciət etməlisiniz.
- Hər layihə minimum 4 şəkildən ibarət olmalıdır.
- Hər yüklənən şəklin maksimum ölçüsü 4mb olmalıdır.
- Təqdim olunan layihənin izah edici mətni olmalıdır.
- Təqdim olunan layihələr sizə məxsus olmalıdır.
- Layihəyə əvvəl təqdim olunan layihələr təkrar təqdim oluna bilməz. 
- Müsabiqəyə həm fərd olaraq həm də komanda olaraq qoşulmaq mümkündür.
- Komanda olaraq təqdim olunan layihələrdə üzvlərin adları mətn bölməsində qeyd olunmalıdır.
 

Kateqoriyalar

— Loqo
Korporativ üslüb, Brendinq və tanınma üçün istifadə olunan qrafik elementlər, emblemlər və ya simvollar
— İllustrasiya
Eskiz dəftərlərindən çəkilmiş, rəqəmsal və divar rəsmlərinə qədər bütün işlər
— 3D Dizayn
Xüsusi proqram vasitəsilə hazırlanmış üç ölçülü rəqəmsal sənət
— Brendinq
Marketinq, biznes və reklam üçün fərqli brend kimlikləri
— İnteryer dizaynı
Yaradıcı, Müasir, Funksional və insan yönümlü daxili dizaynlar
— Eksteryer dizayn
Yaşayış və qeyri real interyer layihələri
— Veb dizayn
İstifadəçi dostu, Müasir, funksional və estetik veb sayt dizaynı
— Tətbiqetmə dizaynı
App, Mobil cihazlar,  masaüstü ekranlar və s. üçün nəzərdə tutulmuş istifadəçi interfeysi dizaynı
— Reklam dizaynı
Cəlbedici kopirayt, İnteraktiv, media və s. üzrə sənət istiqaməti və yaradıcı istiqamətdə olan reklam dizaynları
— Çap dizaynı
Jurnal tərtibatı, Redaksiya yayımları, Kitab, özəl çap nümunələri və s. dizaynları
— Sənaye dizaynı
Konseptual məhsullar və ya istehsal edilmiş dizaynlar
— Qablaşdırma dizaynı
İçki, Qida və digər istehlak məhsulları üçün qabların etiket və ümumi qablaşdırma dizaynı
— Tipoqrafika
Tipoqrafika dizaynını təşkil edən layihələr Xəttatlıq, Letterinq və texnikaları 
— Brend kampaniyaları
Brendlər üçün yaradıcı, hədəf auditoriyaya uğurla çatan və ya müştəri əlaqələrini artıran ənənəvi və ya rəqəmsal hesabat əsaslı kampaniyalar.

Tədbirin gedişatı

Saytımızda qeydiyyatdan keçdikdən sonra dizayn müsabiqəsi mövzusu əsasında işlərinizi jpeg formatında (4mb həcmdə və 1670px x 1080px ölçüdə olmaq şərtilə) təqdim edə bilərsiniz. Şəffaflığı qorumaq üçün yarışmada iştirak edən şəxslərin işləri münsiflər heyətinə anonim şəkildə təqdim olunacaq. Münsiflər tərəfindən səsvermə edildikdən sonra final gecəsi sərgilənməsi nəzərdə tutulan işlər sosial media üzərindən elan olunacaq. Tədbir günü 14 keteqoriya üzrə qaliblər seçilərək təltif ediləcək.

Təşkilatçı

Sərxan Surxay - dizayner kimi 13 illik təcrübəyə sahibdir. Bir neçə şirkət, poliqrafiya, reklam agentliyi və mətbəədə çalışıb.

2019-cu ildən etibarən isə Adroit agency adı altında kreativ reklam agentliyi təsis edib. İndiyədək 150-dən artıq yerli, xarici brend və şirkətlər üçün brendinq və müxtəlif dizayn işləri hazırlayıb. Bununla yanaşı düynanın 50 ölkəsinin qatıldığı və ölkənin ən möhtəşəm dizayn tədbirindən biri olan “Azerbaijan Design Summit”in rəhbəridir

Sponsorlar və Tərəfdaşlar

Platin Sponsor
Gold Sponsor
Silver Sponsor
Bronz Sponsor
Tərəfdaş